RU

Ürək sağlamlığı üçün nə yeməli? Mütəxəssis açıqladı

ain.az, Olke.az portalına istinadən məlumat verir.

Kardioloq Yekaterina Paukova ürək sağlamlığını qorumaq üçün rasionda paxlalılara və kivi meyvəsinə daha çox yer verilməsini tövsiyə edib.

Ölkə.az xəbər verir ki, o, bu barədə “Lenta.ru”ya müsahibəsində deyib.

Həkimin sözlərinə görə, lif (sellüloza) ürək və damarlar üçün olduqca faydalıdır, çünki qanda xolesterinin səviyyəsini azaltmağa kömək edir. Lif ən çox paxlalı bitkilərdə noxud, mərcimək, maş, soya - həmçinin meyvələrdə (armud, kivi, alma) və tərəvəzlərdə (Brüssel və gül kələmi, çuğundur, badımcan, balqabaq, ispanaq) mövcuddur. Bundan əlavə, cəfəri, rukola və keşniş kimi yarpaqlı göyərtilərin də tez-tez istehlakı tövsiyə olunur.

O əlavə edib ki, ürəyin normal fəaliyyəti üçün kalium və maqneziumla zəngin qidalar da vacibdir. Kaliumun əsas mənbələri kimi yarpaqlı göyərtilər, quru meyvələr (kişmiş, quru ərik), kartof, avokado, banan və bitki mənşəli süd (soya və badam südü) göstərilir. Maqnezium isə yerfıstığı, keşyu, balqabaq tumları, süd, qəhvəyi düyü, qarabaşaq və kinoada olur.

Həkimin digər tövsiyəsinə görə, rasiona polifenollar və antioksidantlarla zəngin qidalar da daxil edilməlidir. Bu maddələr ürək-damar sistemini gücləndirir və damarlarda xolesterin yığıntılarının yaranmasının qarşısını alır. Onlar qara qarağat, qaragilə, böyürtkən, gilas, tərkibində ən azı 70 faiz kakao olan tünd şokolad, soyuq sıxım zeytun yağı və qırmızı soğanda mövcuddur.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
1
3
olke.az

5Источники