RU

Neftçi Qarabağ oyunu ilə bağlı VACİB MƏLUMAT

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

"Neftçi" Azərbaycan Premyer Liqasının XXIX turunda baş tutacaq "Qarabağ"la oyundan öncə azarkeşlərə müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oyuna böyük marağı nəzərə alaraq, hər iki klub azarkeşlərinin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması və matç zamanı azarkeşlər arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görülməsi planlaşdırılır:

"Palms Sports Arena"da keçiriləcək görüşdə Ağdam təmsilçisinin azarkeşləri üçün "Qərb 2" sektoru ayrılacaq. Onlar biletlərini oyun günü - aprelin 26-sı saat 12:00-dan etibarən stadionun "Qarabağ" azarkeşləri üçün xüsusi ayrılmış kassasından əldə edə bilərlər.

Təhlükəsizlik məqsədi ilə arenanın "Neftçi" azarkeşləri üçün nəzərdə tutulan sektorlarına "Qarabağ" klubunun formasını, şərfini və ya digər rəmzlərini daşıyan azarkeşlərin buraxılmasının qarşısı alınacaq.

"Neftçi" PFK olaraq azarkeşlərin təhlükəsizliyi və oyunun insidentsiz keçməsi üçün nəzərdə tutulan bu tədbirlərin anlayışla qarşılanacağına inanırıq".

Qeyd edək ki, "Neftçi" Misli Premyer Liqasının 29-cu turunda 26 aprel, saat 19:00-da öz meydanında "Qarabağ" klubunu qəbul edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
18
bakivaxti.az

10Источники