RU

ABŞ, Yaponiya və digər ölkələrdən 17 mindən çox əsgər Filippində təlimlərə başlayıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, PNA xəbər agentliyinin Filippin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Romeo Brawnerə istinadən verdiyi məlumata görə, ABŞ, Yaponiya və beş digər ölkədən 17 mindən çox əsgər Filippində Balikatan təlimlərinə başlayıb. Təlimlərə döyüş atəşi təlimləri də daxil olacaq. 
Komandan təlimlərin açılış mərasimində elan etdi ki, "bu il Filippin, ABŞ və tərəfdaş ölkələrdən - Avstraliya, Kanada, Fransa, Yaponiya və Yeni Zelandiyadan - 17 mindən çox əsgər iştirak edir".
O əlavə edib ki, manevrlər zamanı qoşunlar hava və raketdən müdafiə texnikaları, eləcə də dəniz təhlükəsizliyi üzrə təlim keçəcəklər. ABŞ Dəniz Piyadaları Korpusunun mətbuat xidmətinin məlumatına görə, tərəflər həmçinin sualtı qayıqlara qarşı müharibə, düşmən gəmilərinə qoşunların desant çıxarılması və xilasetmə əməliyyatları aparacaqlar. Bundan əlavə, qoşunlar logistika və humanitar missiyalar üzrə təlim keçəcəklər. Amerika tərəfi təlimləri Filippinin "tarixindəki ən böyük" təlim adlandırıb.
Agentliyin məlumatına görə, daha 13-18 ölkə müşahidəçi qismində iştirak edir, onların konkret siyahısı açıqlanmır. Təlimlər 8 maya qədər davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
20
olaylar.az

1Источники