Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza zamanı minik avtomobilinin sürücü 2006-cı il təvəllüdlü R.Hacımahmudov, onun sərnişinləri 2010-cu il təvəllüdlü G.Məmmədova və 1998-ci il təvəllüdlü V.Göyüşova xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, xəsarət alanlardan 2010-cu il təvəllüdlü G.Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, minik maşını toydan qayıdan zaman qəzaya düşüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən APA-ya verilən xəbərə görə, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (1 kişi, 2 qadın) 20.04.2026-cı il tarixində saat 01:00 radələrində Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Hər birinə zəruri tibbi xidmət göstərilib. Bədənin müxtəlif nahiyələrinin travması diaqnozu təyin olunan 2 nəfərin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir və vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.
Xəsarət alan daha bir nəfər isə (qadın) ilkin tibbi xidmət göstərildikdən sonra Gəncə şəhərində yerləşən özəl tibb müəssisəsinə təxliyə olunub.
"Cebheinfo.az"