"Zirə" üçün Misli Premyer Liqasının XXVIII turu əlamətdar yubileylə yadda qalıb. 

Offsideplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, "qartallar" ölkə çempionatları çərçivəsində 100-cü heç-heçəsini qeydə alıb.

Onlar "Neftçi" ilə keçirilən ev oyunu 1:1 hesabı ilə başa çatıb.

Paytaxt təmsilçisi elitada çıxdığı 332-ci matçda 100-cü dəfə meydanı sülhlə tərk edib.

Bununla da "Zirə" Azərbaycan çempionatları tarixində 100 və daha çox heç-heçə edən 11-ci komanda olub.