RU

Azərbaycanın 5 güləşçisi mübarizəyə başlayır - Avropa çempionatı

style='margin-bottom:10px;'>

Bu gün Albaniyanın paytaxtı "Tirana"da güləş üzrə Avropa çempionatına start verilib.

QOL.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın beş yunan-Roma güləşçisi xalça üzərinə çıxacaq.

Rəşad Məmmədov (55 kq), Ziya Babaşov (63 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) mübarizəyə başlayacaq.

Təsnifat görüşləri Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

Избранный
8
3
teleqraf.com

10Источники