RU

Meksikada ABŞ səfirliyinin iki əməkdaşı ölüb

BAKI, 20 aprel. TELEQRAF

Meksika ərazisində ABŞ səfirliyinin iki əməkdaşı həyatını itirib.

Teleqraf “Fox News” telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Meksikadakı səfiri Ronald Conson açıqlama verib.

Bildirilir ki, hadisənin başvermə şəraiti, dəqiq yeri və ölən şəxslərin ABŞ vətəndaşı olub-olmaması ilə bağlı məlumatlar hələlik açıqlanmayıb.

Hadisə ilə bağlı araşdırmaların davam etdiyi qeyd olunur.

Избранный
21
teleqraf.com

1Источники