İranın ABŞ-la planlaşdırılan növbəti danışıqlardan imtina etməsinin arxasında duran əsas səbəb üzə çıxıb.
Musavat.com xəbər verir ki, Axios nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, Tehran bu görüşləri təhlükəli “tələ” kimi qiymətləndirib.
Bildirilir ki, İran rəsmiləri ABŞ nümayəndə heyəti ilə keçiriləcək təmasların əslində gözlənilməz hərbi hücum üçün örtük ola biləcəyindən ehtiyat edir. Məhz bu şübhələr səbəbindən rəsmi Tehran danışıqlardan geri çəkilmək qərarı verib.
Xatırladaq ki, İran və ABŞ arasında ilk danışıqlar raundu aprelin 11-də keçirilmişdi. ABŞ prezidenti Donald Trump isə aprelin 21-də yeni təmasların baş tutacağını açıqlamışdı.
Lakin IRNA agentliyinin məlumatına görə, İran “həddindən artıq tələblər və qeyri-real gözləntilər” səbəbindən bu mərhələdə danışıqlarda iştirakdan imtina edib.
Musavat.com