RU

Almaniyada 3 min radioaktiv qaban öldürülüb

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ötən il Almaniyada Sezium-137 ilə zəhərlənmiş 3 minə yaxın vəhşi qaban öldürülüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə federal hakimiyyətlərə istinadən "Bild" qəzeti məlumat yayıb.

Radioaktiv şüalanmaya məruz qalan qabanlar Bavariya, Bader-Vürtenberq, Reynald-Pfalts, Türingiya və Saksoniyada zərərsizləşdiriliblər.

Məqalədə qabanların 1986-cı ilin aprelində Çernobıldakı Atom Elektrik Stansiyasındakı partlayışdan sonra hələ də torpaq və qidalardan şüalanmaya məruz qaldığı bildirilir.

Qeyd edək ki, bu cür qabanların ətləri qida üçün təhlükəli olduğu üçün utilizasiya olunub. Ovçulara isə ödəniş edilib - böyük qabanlar üçün 204, balaları üçün 102 avro.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
39
525.az

1Источники