RU

ABŞ ordusu İran bayrağı altında üzən yük gəmisini vurub

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ ordusu İran bayrağı altında üzən Touska adlı yük gəmisini raket atəşinə tutub.

APA xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp sosial media hesabında məlumat verib.

O, gəminin ABŞ-ın dəniz blokadasını pozmağa cəhd etdiyini və ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Spruance” tərəfindən vurulduğunu bildirib.

“İran heyəti qulaq asmaqdan imtina etdi, ona görə də gəmimiz mühərrik otağında deşik açaraq onları dayandırdı. Gəmi hazırda ABŞ Dəniz Piyadaları Korpusunun nəzarətindədir”, - Tramp yazıb.

Tramp gəminin qanunsuz fəaliyyətlərinə görə ABŞ Maliyyə Nazirliyinin sanksiyaları altında olduğunu və gəmi ilə bağlı araşdırma başladıldığını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
41
3
apa.az

4Источники