RU

Çaya bu bitkiləri əlavə edin

Son dövrlərdə bitki çaylarına maraq artıb və mütəxəssislər bildirir ki, çaya əlavə edilən təbii otlar həm dadı zənginləşdirir, həm də orqanizmə müsbət təsir göstərir. Metbuat.az xəbər verir ki, xüsusilə mövsüm keçidlərində bu cür qarışıqlar immun sistemini gücləndirməyə kömək edir. Nanə çaya əlavə edildikdə sakitləşdirici təsir göstərir, həzmi asanlaşdırır və insanı rahatlaşdırır. Kəklikotu isə təbii antiseptik kimi tanınır, boğaz ağrısı və soyuqdəymə zamanı faydalı hesab olunur. Zəncəfil çaya xüsusi ədviyyəli dad qatmaqla yanaşı, immun sistemini gücləndirir və bədəni isinməyə kömək edir.

Çobanyastığı sinir sistemini sakitləşdirir və xüsusilə axşam saatlarında istifadə edildikdə daha yaxşı yuxuya getməyə şərait yaradır. İtburnu isə C vitamini ilə zəngin olduğu üçün orqanizmin müqavimətini artırır və yorğunluğu azaldır.

Избранный
39
metbuat.az

1Источники