RU

Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir? VİDEO

ain.az, Bakivaxti saytına istinadən bildirir.

Gülsüm Əliyeva adlı şəxsin həkim olmadan tibbi prosedurlar həyata keçirdiyi iddia olunur. 

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə jurnalist Qənirə Ataş paylaşım edib.

Belə ki, paylaşılan videoda onun klinik şəraitdə, tibbi formada və əlcəkdə müxtəlif müdaxilələr etdiyi görünür. 

İddialara görə, həmin şəxsin tibbi təhsili yoxdur və o, əvvəllər Respublika Xəstəxanasında baş həkimin katibəsi kimi çalışıb. 

Bildirilib ki, katibəlikdən sonra o, özünü “cərrahiyəyə transfer etdiyini” iddia edir.

Məsələ ilə bağlı  mediada ciddi narahatlıq yaranıb. Paylaşılan görüntülər açıq şəkildə tibbi müdaxiləni xatırladan prosesləri əks etdirdiyindən istifadəçilər bu fəaliyyətin qanuniliyinə dair suallar səsləndirir.

Bildirilir ki, şəxsin tibbi təhsili, sertifikasiyası və bu cür prosedurları aparmaq üçün icazəsinin olub-olmaması aydınlaşdırılmalıdır.

Qeyd  olunub ki, əgər fəaliyyət qanunidirsə, bu barədə ictimaiyyətə rəsmi məlumat təqdim edilməlidir.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Sözügedən prosesdən görüntüləri təqdim edirik.

Murad İsmayıl

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
38
bakivaxti.az

1Источники