RU

Şahbaz Şərif Pezeşkianla danışdı

Pakistanın Baş naziri Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.

Musavat.com xəbər verir ki, tərəflər ABŞ ilə İran arasında gözlənilən danışıqları və bölgədə formalaşan vəziyyəti müzakirə ediblər.

Şahbaz Şərif “X” sosial şəbəkəsində paylaşımında bildirib ki, Pezeşkianla axşam saatlarında “isti və konstruktiv” söhbət baş tutub. O, İranın, o cümlədən yüksək səviyyəli nümayəndə heyətinin İslamabada gələrək tarixi danışıqlarda iştirakını yüksək qiymətləndirdiyini qeyd edib.

Baş nazir əlavə edib ki, söhbət zamanı Tehranda feldmarşal Seyid Asim Munirlə keçirilən son müzakirələrə də toxunulub. Bununla yanaşı, o, Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə liderləri ilə keçirdiyi görüşlərin nəticələrini də İran prezidentinin diqqətinə çatdırıb.

Şahbaz Şərif vurğulayıb ki, Pakistan dost və tərəfdaşların dəstəyi ilə bölgədə davamlı sülhün və sabitliyin təmin olunması üçün “dürüst və səmimi vasitəçi” roluna sadiq qalır.

Onun sözlərinə görə, İslamabad regional gərginliyin azaldılması istiqamətində diplomatik səylərini davam etdirəcək.

 

Musavat.com

Избранный
22
musavat.com

1Источники