RU

Braziliyalı hücumçu ilə müqavilə imzalamaqda maraqlıdır

“Arsenal”ın hücumçusu Qabriel Martinelli İngiltərə klubunu tərk edərək Fransa liqasına keçə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ braziliyalı futbolçuyla müqavilə imzalamaqda maraqlıdır.

Paris klubu futbolçunun transferini bu yay başa çatdırmağı planlaşdırır.

Martinelli 2019-cu ilin yayından bəri “Arsenal”da oynayır. 24 yaşlı hücumçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədərdir.

O, bu mövsüm Premyer Liqada 26 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Избранный
19
sportinfo.az

1Источники