RU

Xəzər dənizi iqlim dəyişikliyinin ən həssas indikatorudur - Sahib Məmmədov

Xəzər dənizi qlobal istiləşmə (Global warming) və qlobal soyuqlaşmanın (Global Cooling) ən həssas indikatorlarındadır. Qlobal iqlim dəyişikliyinin antropogen (texnogen) amillərlə bağlı olması barədə oturuşmuş elmi yanaşmalara baxmayaraq, iqlim dəyişikliyinin əsas səbəbinin antropogen təsirlər olmaması qəanətində olanlar da var. 

QHT rəhbəri, coğrafiya üzrə mütəxəssis, hüquqşünas və Azərbaycan Vəkillər Kollegiyasının üzvü - Sahib Məmmədov ötən əsrin 90-cı illərində diplom müdafiəsi zamanı apardığı araşdırma ilə bu qənaətə gəlmişdir ki, qlobal iqlim dəyişikliyi dövri prosesdir və insanın ətraf mühitə təsiri 0 faiz olan dövrlərdə də həm qlobal istiləşmə, həm də qlobal soyuqlaşma prosesləri olmuşdur. 

“Üst Plestosen-Holosen dövründə Xəzər Dənizinin ekoloji inkişafı” adlı diplom işində Sahib Məmmədov göstərirdi ki, müşahidə olunan geoloji dövrdə və ondan əvvəl (təxminən 130 min il) Xəzər dənizinin səviyyəsi dəfələrlə transqressiya və reqressiya proseslərinə məruz qalmışdır. Sahib Məmmədov bunu günəş aktivliyinin dövri olaraq dəyişməsinin nəticəsi olması ilə bağlı əsaslandıranlardandır. Mövzu mübahisəlidir. 

EDnews, Sahib Məmmədovun ötən əsrin 90-cı illərində apardığı tədqiqat əsasında hazırladığı qısa yazını təqdim edir. 

 

Xəzər dənizi iqlim dəyişikliyinin ən həssas indikatorudur

 

Tədqiq olunan geoloji dövr ərzində yer planetində dəfələrlə qlobal istiləşmə və qlobal soyuqlaşma prosesləri baş vermişdir. Bu prosesdə antropogen amil (insanın ətraf mühitə təsiri) əsas rol oynamır. Bu proses əsrlik günəş aktivliyinin nəticəsidir.

Atmosferdə karbon qazının miqdarının artması yerin albedo qabiliyyətinə (günəş şüalarının bir hissəsini əks etdirmək qabiliyyətinə) əsaslı təsir edə bilməz. Atmosferdə karbon qazının olması güzgü (istilikxana) effekti yaradır, amma yerin istilik balansının indiki həcmdə artmasına onun əsaslı təsiri yoxdur.

Qlobal istiləşmə və qlobal soyuqlaşma prosesinin başlanmasının və davam etməsinin ən həssas indikatoru isə Xəzər dənizidir. Sovet alimləri Xəzər dənizinin dünya okenından ayrılmasından sonra (alp dağəmələ gəlmə proseslərinin nəticəsi olaraq) keçən təxminən 70 milyon illik bir dövrü tədqiq etmiş və qeydə alınmışdır ki, dünyanın ən böyük qapalı hövzəsində dövri olaraq transqressiya (səviyyənin artması) və reqressiya (səviyyənin azalması) prosesi baş verir. Bu qlobal istiləşmə və qlobal soyuqlamanın nəticəsidir. Sovet alimləri daha iki versiya irəli sürürdü. Bunlar tektonik proseslər və Xəzər dənizi suyunun naməlum yeraltı axınları ola bilərdi. Lakin hazırda bu versiyalar özünü doğrultmur. Müasir elmi araşdırmalar Xəzərin səviyyəsinin məhz günəş aktivliyi ilə bağlı olması qənaətindədir. Qapalı hövzə olan Xəzərdə səviyyənin tərəddüdünün 3 halı qeydə alınıb. Bunlar əsrlik, mövsümü və müvəqqəti (külək əsməsi və cərəyanların nəticəsi olaraq) tərəddüdlərdir. Əsrlik günəş aktivliyinin artıb-azalması isə günəş sisteminin qalaktikanın mərkəzi ətrafında dövri ilə bağlıdır. Mövsümi aktivlik isə (mövsümi aktivlik qlobal istiləşməyə əsaslı təsir göstərmir) günəşdə gedən termonüvə reaksiyası ilə bağlı olur.

Göstərilən xəritə Xəzərdə transqressiya və reqressiya proseslərini əyani olaraq nümayiş etdirir. Geoxronoloji şkalada Kaynazoy erasının Üst Pleystosen və Holotsen dövrləri ərzində dəfələrlə qlobal istiləşmə və əks proses baş vermişdir. Bu proseslər on min illər əvvəl baş verdiyi üçün insan (antropogen) amili istisna olunur.

Verilən şəkildə: “1-Müasir sahil xətti 2-Alt xvalın 3-Üst xvalın 4-Mankışlaq 5-Üst Xəzər” müxtəlif dövrlər ərzində Xəzərin səthi göstərilir.

  shs.jpgshss.jpg

Kaynazoy erasının Xvalın adlanan dövrüdə ilkin tarnsqressiya (ikinci şəkil) maksimum həddə olmuşdur (17 000-30 000 əvvəl), sonra alt Xvalın dövründə (şəkil 3) Xəzərdə reqressiya baş vermiş və su səthinin həcmi kiçilmişdir. 

Mankışlaq reqressiyası dövründə (tədqiqatlara görə 9,3-13,8 min il əvvəl) Xəzərin səviyyəsi minimuma enmiş və Dünya Okeanı səviyyəsindən 70 metr (hazırda 28 metr) aşağı olmuşdur (şəkil 4).

Hazırda Xəzər dənizində növbəti reqressiya prosesi (su həcminin azalması və səthin sahəsinin kiçilməsi) baş verir. Bu növbəti qlobal istiləşmənin nəticəsidir.

İqlim dəyişikliyi baş verməkdədir. Bu bəşəriyyət üçün ən ciddi və qlobal təhlükələrdən biridir. Qlobal istiləşmənin fəsadlarının aradan qaldırılması düzgün istiqamətdə aparılmasa və bu ənənəvi enerji istehsalçıları ilə alternativ enerji istehsalçıları arasında rəqabətə çevrilsə (artıq çevrilib) o zaman bəşəriyyəti ciddi fəlakətlər gözləyir. 

Atmosferdə karbon qazının miqdarının artması, yer planetinin istilik balansının indiki həcmdə çoxalmasına gətirib çıxara bilməz. İqlim dəyişikliyinin və qlobal istiləşmənin əsas səbəbi isə əsasən, yer planetinin artıq enerjini əks etdirmək qabiliyyətinin zəifləməsi ilə bağlı deyil, günəş aktivliyinin əsrlik artımı nəticəsində yer planetinə daxil olan ekzogen mənşəli enerjinin artması ilə bağlıdır. 

Qeyd: Bu elmi yazı deyil.

Избранный
25
qht.az

1Источники