RU

“Borussiya” evdə xal itirdi

Almaniya çempionatının 30-cu turunda Mönhenqladbax “Borussiya”sı doğma meydanda “Maynts”ı qəbul edib.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Hesab oyunun əvvəlində açılıb. Hüqo Bolinin ötürməsindən sonra Cozef Skalli fərqlənib. Bu qol 7-ci dəqiqədə qeydə alınıb. “Maynts” isə əlavə olunmuş vaxtda bərabərlik qolunu vuraraq məğlubiyyətdən xilas olub. Nadim Amiri penaltini dəqiq yerinə yetirib.

Mönhenqladbax təmsilçisi Bundesliqanın turnir cədvəlində 31 xalla 13-cü pillədə qərarlaşıb. “Maynts” isə 34 xalla 10-cu sırada yer alır.

Komandalar arasında ilk dövrədə keçirilən oyunda Mönhenqladbax “Borussiya”sı 1:0 hesablı qələbə qazanmışdı.

Избранный
16
90deqiqe.az

1Источники