RU

Məşhəd hava limanında beynəlxalq uçuşlar bərpa olunur

İran hakimiyyəti Məşhəd hava limanına beynəlxalq reyslərin qəbulunu və göndərilməsini bərpa etməyə icazə verib.

Doğru.az xəbər verir ki, beynəlxalq uçuşlar 20 aprel bazar ertəsi günündən etibarən yenidən həyata keçiriləcək. IRIB dövlət televiziyasının məlumatına görə, ölkənin Mülki Aviasiya Təşkilatı bununla bağlı müvafiq açıqlama yayıb.

Bildirilir ki, bazar ertəsindən etibarən Məşhəd hava limanında beynəlxalq uçuşların bərpasına rəsmi icazə verilib. Qeyd edək ki, İran fevral ayından bəri ilk dəfə hava məkanını və bəzi hava limanlarını yenidən açır.

DOĞRU.AZ 

Избранный
21
1
dogru.az

2Источники