RU

Uşaqlarla ideal tətilin sirləri: Hara getmək və stressdən necə qaçmaq olar?

ain.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

İdeal ailə tətili əslində düşündüyümüzdən daha sadə ola bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Express” yazır.

Günəş, dəniz və xoşbəxt uşaqlar – yay istirahətini planlayan bir çox ailənin arzusudur. Araşdırmalar göstərir ki, uğurlu tətilin "sirri” uşaqların özlərindən soruşulduqda daha aydın görünür.

Marriott Bonvoy tərəfindən aparılan sorğuya görə, uşaqlar ideal səyahəti çox sadə şəkildə təsvir edirlər: səhər yeməyində sərbəst seçim (63%), çoxlu su sürüşkənləri (57%) və hətta nahar əvəzinə dondurma (58%).

Eyni zamanda uşaqlar tətil zamanı nədən narazı olduqlarını da açıq bildiriblər: 39% üçün ən böyük problem darıxmaqdır, 35% isə "böyüklərə aid” fəaliyyətlərin çox olmasını istəmir.

Marriott International-ın kommersiya direktoru Endryu Votsonun sözlərinə görə, uşaqlar mürəkkəb planlar istəmir – onlar üçün əsas olan azadlıq, əyləncə və ailə ilə birlikdə vaxtdır. Buna görə də ailə tətili təkcə otel və infrastruktura deyil, həm də hamının rahat hiss etdiyi, birlikdə oynayıb xatirələr topladığı mühitə bağlıdır.

O, həmçinin uşaqları səyahət planlamasına cəlb etməyi tövsiyə edir.

Araşdırmaya əsasən, valideynlərin təxminən 40%-i ailənin bütün üzvlərini razı salmağın çətin olduğunu etiraf edir. Bu səbəbdən 39% artıq uşaqlara planlama prosesində iştirak imkanı verir, 72% isə hətta tam təşkilatı onlara həvalə etməyə hazırdır.

Uşaqların ən çox seçdiyi istiqamətlər:

İspaniya (33%)

İtaliya (18%)

Yunanıstan (16%)

Valideynlər üçün isə əsas prioritetlər ailə ilə keyfiyyətli vaxt keçirmək (66%) və stresssiz istirahət etməkdir (47%).

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
31
qaynarinfo.az

1Источники