Bakı. Trend:
Aprelin 14-də Azərbaycan alpinisti İsrafil Aşurlının da daxilolduğu 5 nəfərlik komanda Himalay dağ silsiləsində yerləşənAnnapurna (8091 metr) zirvəsini fəth edib.
Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, baza düşərgəsindənhərəkətə başlayan alpinistlər dərin qar örtüyü və çətin relyefşəraitində irəliləyərək zirvəyə qalxmaqla bu mövsümün ilk uğurluçıxışlarını həyata keçiriblər.
Aşurlı zirvəyə qalxan zaman süni oksigen balonundan istifadəetməyib. İdmançı ötən il də zirvələrə süni oksigendən istifadəetmədən qalxmışdı.
Bununla da, İsrafil Aşurlının fəth etdiyi zirvələrin (8000metrdən yüksək) sayı 9-a çatıb.