RU

Kadırovun oğluna yeni medal təqdim edildi

Çeçenistan rəhbərinin köməkçisi və regionun Təhlükəsizlik Şurasının katibi Adam Kadırov "A.A. Kadırov adına 'Şimal' xüsusi motorlu alayının 20 illiyi" xatirə medalı ilə təltif edilib.

Publika.az xəbər verir ki, medal alayın yaradılmasının 20-ci ildönümü şərəfinə təşkil olunan tədbir çərçivəsində təqdim olunub.

Qeyd edək ki, cari ilin yanvar ayında Adam Kadırov Zaporojye Atom Elektrik Stansiyasının (AES) mühafizəsinə görə də medal almışdı. Çeçenistan rəhbəri Ramzan Kadırov bildirmişdi ki, oğlu xüsusi hərbi əməliyyat zamanı stansiyanın təhlükəsizliyinin təşkilindəki mühüm töhfələrinə görə "Rosenerqoatom" konserninin əmri ilə mükafatlandırılıb.

Çeçenistan Təhlükəsizlik Şurasının katibi tez-tez fəxri mükafatlar alır. 2025-ci ilin sentyabrında Ramzan Kadırov oğlunun heç bir əsassız mükafata sahib olmadığını və bütün təltiflərin konkret nailiyyətlərə görə verildiyini bəyan etmişdi.

Избранный
2
2
publika.az

4Источники