Ötən tur ''Çaykur Rizəspor''a məğlubiyyətin ardından qalmaqallı acıqlamalar verən, federasiya ilə Hakimlər Komitəsini sərt sözlərlə tənqid edən və ''Qaziantep''in baş məşqçisi vəzifəsindən istefa verən Burak Yılmaz ilə bağlı yeni xəbər var.
Qeyd edək ki, Nizam-İntizam Komitəsi Burak Yılmaza 2 oyunluq cəza verib, eləcə də onu 75 günlük səlahiyyətlərini icra etməkdən məhrum edib. Bundan başqa 40 yaşlı çalışdırıcıya 160 min lirə para cəzası verilib.
Bu arada ''Sözcü'' nəşrinin yazdığına inansaq, Burak Yılmaz bir müddət Türkiyə karyerasına fasilə vermək qərarına gəlib. Bu mütəxəssis karyerasına Avropada davam edəcək.
Qeyd edək ki, Burak Yılmaz məşqçi karyerasına ''Beşiktaş''dakı müvəqqəti işi ilə başlayıb. İstanbul nəhəngindən ayrıldıqdan sonra ''Kayserispor'', ''Kasımpaşa'' və son olaraq sentyabrdan bu yana ''Qaziantep''i çalışdırıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта