RU

Azərbaycanın gənc güləşçiləri Antalyada 4 medal qazandı

Türkiyənin Antalya şəhərində 20 yaşadək güləşçilər arasında keçirilən “Çempionlar” beynəlxalq turniri davam edir.

90deqiqe.Az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin 4 idmançısı fəxri kürsüyə yüksəlib.

Sərbəst güləş yarışlarında Nurlan Ağazadə (74 kq) bürünc medal qazanıb.

Yunan-Roma növündə 87 kq çəki dərəcəsində çıxış edən Orxan Hacıyev gümüş medala sahib çıxıb. Həmin çəkidə mübarizə aparan Abdulla Həsənov isə bürünc medal əldə edib.

Qadın güləşində isə Esra Məmmədli (53 kq) turniri üçüncü pillədə başa vuraraq bürünc medal qazanıb.

Beləliklə, ikinci günün nəticələrinə əsasən Azərbaycan yığması turniri 4 medalla başa vurub.

Избранный
30
90deqiqe.az

1Источники