RU

"Azarkeşlərdən bu nəticələrə görə üzr istəyirik" - Kaxaber Sxadadze

Misli premyer-liqasının 28-ci turunda "Sumqayıt"ın qonağı olan "Qəbələ" uduzdu - 0:1.

"Football-plus.az" xəbər verir ki, oyunsonrası mətbuat konfransında "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze oyun haqda fikirlərini bölüşüb:

"Hər şeyi özünüz gördüz. Üstünlük bizim tərəfdə idi. Lakin əlimizə düşən fürsətlərdən istifadə edə bilmədik. Sonda soyuqqanlılıq çatmırdı ki, fərqlənə bilək. Son oyunlarda əlimizdən gələni etməliyik ki, premyer-liqada qala bilək. Azarkeşlərə də təşəkkür etmək istəyirəm. Uğursuz nəticələr olsa da, bizi tək buraxmırlar. Onlardan bu nəticələrə görə üzr istəyirik".
Избранный
12
3
football-plus.az

5Источники