RU

Vens İslamabada gedir? – Ağ Ev qərarı dəyişdi

ABŞ vitse-prezidenti Cey Di Vens-in Pakistan səfəri ilə bağlı dolaşan ziddiyyətli məlumatlara aydınlıq gətirilib.

Musavat.com xəbər verir ki, Fox News jurnalisti Ayşa Hasni Ağ Evin rəsmi təsdiqinə istinadən bildirib: Vens İslamabadda keçiriləcək sülh danışıqlarında iştirak edəcək.

Məlumata görə, ABŞ nümayəndə heyətində həmçinin Cared Kuşner və Stiv Uitkoff da yer alacaq. Bu açıqlama daha əvvəl Vensin səfərə qatılmayacağı barədə yayılan xəbərləri təkzib edir.

Beləliklə, son vəziyyətə əsasən, Vaşinqton yüksək səviyyəli heyətlə Pakistan paytaxtında danışıqlarda iştirak etməyə hazırlaşır və bu, ABŞ-İran xəttində diplomatik prosesin yeni mərhələyə keçdiyini göstərir.

Musavat.com

Избранный
15
musavat.com

1Источники