RU

ABŞ-nin Luiziana ştatında atışmada azı səkkiz uşaq ölüb, yaralananlar var

ABŞ-nin Luiziana ştatının Şrivport şəhərində baş verən atışmada azı səkkiz azyaşlı həlak olub, daha iki nəfər yaralanıb.

"Far.Az"un xəbərinə görə, bu barədə "ABC News" yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, silahlı şəxs üç fərqli yerdə bir neçə yaşayış evinə atəş açaraq, bir yaşdan təxminən 14 yaşa qədər səkkiz uşaq və yeniyetməni öldürüb. Onlardan bəziləri silahlı şəxslə qohum olub.

Atışmadan sonra şübhəli avtomobili oğurlayıb və gizlənməyə cəhd edib. Polis Bossye-Siti şəhərində başa çatan təqibə başlayıb və orada hüquq-mühafizə orqanlarının əməkdaşları kişiyə atəş açaraq onu öldürüblər.

Ştatın detektivləri istintaqa cəlb olunub, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə səbəbini və şəraitini müəyyən etməyə çalışır.

Избранный
16
3
far.az

9Источники