RU

PSJ kapitanının ayrılığına mane olmayacaq

PSJ yayda kapitanı Markinyosun komandadan ayrılmasına mane olmayacaq.

90deqiqe.Az "L’Équipe"yə istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun 2028-ci ilin yayına qədər müqaviləsi olsa da, o, istədiyi halda klubdan ayrıla bilər.

Paris klubu artıq mümkün ayrılıq ssenarisinə hazırlaşır və müdafiə xəttini gücləndirmək üçün potensial namizədlərlə danışıqlar aparır.

Qeyd edək ki, braziliyalı futbolçu Fransa çempionatında bu mövsüm cəmi 8 oyuna start heyətində çıxsa da, Çempionlar Liqası matçlarında mütəmadi olaraq meydana çıxır və komandanın müdafiəsində əsas fiqurlardan biri hesab olunur.

Futbolçu cari mövsümdə ümumilikdə 26 oyunda iştirak edib, 2 qol vurub və heç bir sarı və ya qırmızı vərəqə almayıb.

Onun transfer dəyəri Transfermarkt tərəfindən 30 milyon avro olaraq qiymətləndirilir.

Избранный
15
90deqiqe.az

1Источники