RU

Hörmüzə alternativ tapıldı: Türkiyə detalı

ain.az bildirir, Turkstan.az portalına istinadən.

İraqın Bəsrə şəhərindən Türkiyənin Ceyhan limanına qədər çəkilməsi planlaşdırılan neft kəməri Hörmüz boğazı üçün əsas alternativ marşrutlardan birinə çevrilə bilər.

Turkustan.az xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin direktoru Fatih Birol bildirib.

Onun sözlərinə görə, İran ətrafında artan geosiyasi gərginliklər səbəbindən Hörmüz boğazı ilə neft daşınması getdikcə daha riskli hala gəlir və bu da yeni, təhlükəsiz ixrac yollarına ehtiyacı artırır.

Birol qeyd edib ki, “İnkişaf Yolu” layihəsi çərçivəsində həyata keçiriləcək bu kəmər İraqa gündəlik 1,5 milyon barelə qədər nefti etibarlı şəkildə ixrac etməyə imkan verəcək.

Layihə həmçinin təhlükəli zonalardan yan keçməklə enerji daşımalarının təhlükəsizliyini artıracaq, Türkiyəni regionun əsas enerji qovşaqlarından birinə çevirəcək və Avropanın enerji təchizatına əlavə təminat yaradacaq.

BEA rəhbəri vurğulayıb ki, Yaxın Şərqdə davam edən münaqişələr fonunda dünya ölkələri getdikcə daha çox sabit və etibarlı enerji marşrutlarının yaradılmasına üstünlük verəcək./Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
1
icma.az

2Источники