RU

MPL: Kəpəz İmişli yə uduzdu, Sumqayıt a 1 qol bəs etdi

Fanat saytına istinadən ain.az xəbər verir.

Bu gün Misli Premyer Liqasında 28-ci tur yekunlaşıb.

Fanat.Az xəbər verir ki, son gündə 2 matç baş tutub.

Öncə “Kəpəz” Yevlaxda “İmişli” ilə qarşılaşıb. Qarşılaşmanı Kamal Umudlu idarə edib. Oyun qonaqların qismində meydana çıxan "pələnglər"in qələbəsi ilə bitib.

Turun son qarşılaşması isə Sumqayıtda reallaşşıb. Şəhərin eyniadlı komandası “Qəbələ”ni məğlub edib.

Daha öncə keçirilmiş “Zirə” – “Neftçi” oyununda heç-heçə (1:1) qeydə alınıb.  “Karvan-Yevlax” “Şamaxı”nı (1:0) məğlub edib, “Araz-Naxçıvan” “Turan Tovuz”a (0:3), “Qarabağ” “Sabah”a (0:1) uduzub.

Misli Premyer Liqası

28-ci tur

19 aprel

“Kəpəz” – “İmişli” 0:1 

Qol: Azər Salahlı, 38

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Orxan İbişov, Namiq Bəkirov

Yevlax şəhər stadionu, 15:30.

"Kəpəz": 33. Yusif İmanov, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 17. Ümid Səmədov, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze.

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 88. Şakir Seyidov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 6. Camal Cəfərov, 80. Şahnur İsmayılov, 57. Amur Yusifov, 10. Ryonosuke Ohori.

Baş məşqçi: Azər Bağırov.

"İmişli": 1. Hüseynəli Quliyev, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yav Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 7. Luis Silvestr.

Ehtiyat oyunçular: 99. İmam Əli, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 11. Vüsal Qənbərov, 30. Xəlil Mürsəlli, 79. Dioqo Kardozo, 17. Ezekiel Morqan.

Baş məşqçi: Jorje Kaşkilya.

“Sumqayıt” – “Qəbələ” 1:0 

Qol: Höccət Haqverdi, 19

Hakimlər: Vüqar Həsənli, Teymur Teymurov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.

"Sumqayıt": 22. Xəyal Fərzullayev (k) 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 75. Nadir Orucov 10. Nikola Ninkoviç 72. Rayan Senhadji 6. Sedrik Badolo 23. Ronaldo Vaskez 71. Masaki Murata 80. Keffel Resende 11. Aleksa Yankoviç

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 12. Murad Ağamalıyev 29. Emil Mustafayev 8. Səbuhi Abdullazadə 24. Sənan Muradlı 21. Nihad Əhmədzadə 97. Vüsal Paşayev 9. Aleksandr Ramalinqom 25. Abdul Raşid Mumini

Baş məşqçi: Saşa İliç

"Qəbələ": 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 13. Nicat Əliyev 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 14. Domi Massumo 30. Prins Ovusu

Ehtiyat oyunçular: 93. Rza Cəfərov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 12. İbrahim Sanqare

Baş məşqçi: Kaxaber Tsxadadze 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
8
fanat.az

10Источники