RU

Tehran yeni danışıqlar üçün Vaşinqtona ŞƏRT QOYDU

Tehran hələlik Amerika Birləşmiş Ştatları ilə danışıqlara İran nümayəndə heyətinin göndərilməsi barədə qərar verməyib və Vaşinqtonla dialoq yalnız dəniz blokadası qaldırıldıqdan sonra mümkün ola bilər.

Turkustan.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın "həddindən artıq tələblərindən" imtina etməsi danışıqların davam etdirilməsi üçün əsas şərtdir. Əks halda, İran "yorucu və faydasız danışıqlara vaxt sərf etməyəcəyini" bildirib.

Qeyd edilib ki, bu mövqe Pakistan vasitəçisi vasitəsilə Amerika rəsmilərinin diqqətinə çatdırılıb.

Aprelin 19-da ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında nümayəndələrinin İranla bağlı danışıqlarda iştirak etmək üçün İslamabada yollandığını yazıb. Daha sonra "The New York Post" qəzeti qeyd edib ki, İslamabaddakı görüşlərdə Amerikanın xüsusi elçisi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner iştirak edəcək, Cey Di Vens isə onlara qoşulmayacaq./publika.az

Избранный
12
1
turkustan.az

2Источники