RU

Ronaldonun komandası yarımfinala yüksəldi

style='margin-bottom:10px;'>

Asiya Çempionlar Liqası 2-də 1/4 final mərhələsinin oyunları keçirilir.

QOL.az xəbər verir ki, BƏƏ-nin "Əl-Vəsl" komandası Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunu qəbul edib.

Qarşılaşma qonaqların 4:0 hesablı inamlı qələbəsi və yarımfinala yüksəlməsi ilə yekunlaşıb. Matçda hesabı 11-ci dəqiqədə portuqaliyalı ulduz Kriştiano Ronaldo açıb və bununla da peşəkar karyerasında vurduğu qolların sayını 969-a çatdırıb. 

19 aprel

"Əl-Vəsl" - "Əl-Nəsr" - 0:4

Qollar: K.Ronaldo, 11, İ.Martines, 24, Ə.Əl-Əmri, 26, S.Mane, 80

Qeyd edək ki, bu inamlı qələbə sayəsində adını yarımfinala yazdıran "Əl-Nəsr" turnirin bu mərhələsində "Əl-Əhli" - "Əl-Hüseyn" cütünün qalibi ilə üz-üzə gələcək.

Избранный
28
teleqraf.com

1Источники