RU

Vens Trampın açıqlamasına baxmayaraqPakistana GEDƏCƏK

Ajans.az  xəbər verir ki, bu barədə CNN jurnalisti Eleyna Trin məlumat yayıb. Məlumata görə, Cey Di Vens ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Evin rəhbərinin kürəkəni Cared Kuşner ilə birlikdə İslamabad şəhərinə yollanacaq. Bundan əvvəl Donald Tramp ABC telekanalına müsahibəsində Vensin təhlükəsizlik səbəbindən bu səfərə gedə bilməyəcəyini bildirmişdi. O qeyd etmişdi ki, qısa müddətdə hazırlıq aparıldığı halda ABŞ Gizli Xidməti vitse-prezidentin təhlükəsizliyini təmin edə bilməz.

Lakin sonradan Ağ Ev rəsmisinin sözlərinə görə, vəziyyət dəyişib və səfərlə bağlı qərar yenilənib.

Избранный
9
1
Ajans.az

2Источники