RU

Qoldan sonra qapıçı zədələndi, xərəkdə aparıldı - Şəkil

style='margin-bottom:10px;'>

"Liverpul"un gürcüstanlı qapıçısı Georgi Mamardaşvili İngiltərə Premyer Liqasının 33-cü turunda "Everton"a qarşı keçirilən matçda (2:1) zədələnib.

QOL.az xəbər verir ki, qolkiper zədə səbəbindən meydanı özü tərk edə bilməyib və xərəkdə aparılıb.

Qarşılaşmanın 54-cü dəqiqəsində "Everton"un hücumçusu Betu fərqlənərkən "Liverpul" qapıçısının sol dizinə çırpılıb. Bu sərt toqquşma nəticəsində xəsarət alan Mamardaşvili əvəzlənmək məcburiyyətində qalıb. Onun yerinə meydana 29 yaşlı ingilis qolkiper Freddi Vudman daxil olub.

Xatırladaq ki, Mamardaşvili 2025-ci ildən "Liverpul"un şərəfini qoruyur. Cari mövsümdə o, bütün turnirlərdə 18 matçda iştirak edərək 29 top buraxıb və 4 oyunda qapısını toxunulmaz saxlamağı başarıb. 

Избранный
16
1
teleqraf.com

2Источники