RU

"ABC News": Vens İranla danışıqlar üçün Pakistana getməyəcək - YENİLƏNİB

ABŞ Prezidenti Donald Tramp Amerikanın BMT-dəki səfiri Mayk Uoltsın vitse-prezident Cey Di Vensin İranla danışıqların ikinci mərhələsi üçün Pakistana gedəcəyi ilə bağlı açıqlamalarını təkzib edib.

"Far.Az"un məlumatına görə, "ABC News"un müxbiri Conatan Karl bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Prezident Tramp mənə Vensin İslamabada getməyəcəyini dedi. O, dedi ki, problem təhlükəsizlik məsələsindədir – Məxfi Xidmət bunu 24 saat ərzində edə bilməyəcək", - jurnalist yazıb.

ABŞ-nin Vitse-prezidenti Cey Di Vens Pakistanda İranla danışıqlar zamanı növbəti dəfə Amerika nümayəndə heyətinə rəhbərlik edəcək.

"Far.Az" xəbər verir ki, bu barədə "ABC News" telekanalının müxbiri Conatan Karl "X" sosial şəbəkəsində məlumat paylaşıb.

"ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts mənə bildirdi ki, vitse-prezident Cey Di Vens İslamabadda İran tərəfi ilə danışıqlarda Amerika nümayəndə heyətinə başçılıq edəcək", - paylaşımda bildirilib.

Qeyd edək ki, Vens İslamabadda keçirilmiş ABŞ və İran danışıqlarının birinci raundu zamanı da Amerika nümayəndə heyətinə rəhbərlik edib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.

Избранный
3
4
far.az

5Источники