RU

İran ABŞ a şərt qoydu: Yalnız bu halda razılıq olacaq!

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

İran ABŞ-la danışıqlardan imtina edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb. İran rəsmilərinin açıqlamasına görə, ABŞ ilə dialoq yalnız tətbiq olunmuş hərbi-dəniz blokadası aradan qaldırıldıqdan sonra mümkün ola bilər.

Tehran hesab edir ki, mövcud şəraitdə danışıqlar aparmaq üçün zəruri siyasi mühit formalaşmayıb. Bildirilir ki, blokada qüvvədə qaldığı müddətdə Vaşinqtonla hər hansı diplomatik təmas gündəmdə deyil.

Qeyd edək ki, sözügedən blokada Donald Trump administrasiyası dövründə tətbiq olunub və İran tərəfindən əsas şərt kimi irəli sürülür.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
19
globalinfo.az

1Источники