RU

Tramp son anda fikrindən vaz keçdi: Qoşun göndərmədi

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp İranın əsas neft mərkəzlərindən biri olan Xarq adası ilə bağlı mümkün hərbi əməliyyat planlarına ehtiyatla yanaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal”ın yaydığı məlumatda qeyd olunub.

Nəşrə görə, Tramp məsləhətçilərinin əməliyyatın uğurlu olacağına dair təminatlarına baxmayaraq, belə bir addımın ciddi itkilərlə nəticələnə biləcəyindən narahatdır. O, xüsusilə ABŞ hərbçilərinin bu cür əməliyyatda “yumşaq hədəflər”ə çevrilə biləcəyini düşünür.

Mənbə qeyd edir ki, Tramp özəl söhbətlərdə belə bir əməliyyata qoşun göndərməkdən çəkinir və bunun “çoxlarının geri qayıtmayacağı” riskli bir ssenari ola biləcəyini vurğulayır.

Həmçinin bildirilir ki, Tramp əvvəlcə adaya qoşun yeridilməsinə razılıq versə də, İrana qarşı hərbi əməliyyatların dayandırılmasından bir neçə gün əvvəl bu fikrindən vaz keçib.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
16
globalinfo.az

1Источники