RU

Yüksək Liqa: "Turan" komandası dörd setin sonunda çempionluq əldə etdi

Bakı, 19 aprel, AZƏRTAC

Aprelin 19-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində qadın voleybolçuların Yüksək Liqasında final oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, həlledici oyunda “Turan” və “DH Volley” komandaları üz-üzə gəliblər. Gərgin idman mübarizəsi ilə yadda qalan matç "Turan" komandasının qələbəsi ilə yekunlaşıb. İlk hissədə "DH Volley" 10 xal fərqlə (25:15) qalib gəlsə də, ardıcıl iki setdə üstün olan "Turan" hesabda önə çıxıb: 25:21 və 25:19.

Matçın dördüncü seti isə başabaş mübarizə şəraitində keçib. Setin sonlarında daha dəqiq oynayan "Turan" komandası hissəni öz xeyrinə başa vurub: 25:23. Bununla da, ümumi hesabda 3:1 hesabı ilə qalib gələn "Turan" Yüksək Liqanın çempionu olub.

Qeyd edək ki, Yüksək Liqanın bürünc mükafatçısı "Milli Aviasiya Akademiyası"na 3:0 (18:25, 21:25, 21:25) hesabı ilə qalib gələn "Gəncə" komandası olub.

Müxbir - Göyçək Mahmudlu
Fotoqraf - Nicat Haşımov
Избранный
21
8
azertag.az

9Источники