RU

İspaniya baş naziri qlobal "anti-Tramp" koalisiyası yaratmaq istəyir

İspaniyanın Baş naziri Pedro Sançes dünya miqyasında bütün sağçı siyasi qüvvələrə qarşı çıxış edərək solçu siyasi qüvvələrdən ibarət qlobal "anti-Tramp" koalisiyası yaratmaq istəyini bildirib.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb .

Qeyd olunur ki, Sançez bu fikirləri Barselonada dünyanın hər yerindən solçu siyasətçiləri bir araya gətirən "Qlobal Proqressiv Səfərbərlik" konfransında dilə gətirib.

İspan siyasətçi bu hadisəni qloballaşan ifrat sağçı hərəkata qarşı koordinasiyalı beynəlxalq mübarizə kimi təqdim edib. Sançes, xüsusilə, ABŞ prezidenti Donald Tramp tərəfindən tətbiq edilən tariflərə və Yaxın Şərqdəki münaqişəyə diqqət çəkərək, bütün bunların beynəlxalq çoxtərəfli təşkilatları ciddi şəkildə sarsıdan amillər kimi qeyd edib. O, həmçinin dünya miqyasında solçu qüvvələrin buna reaksiya verməsinin vacibliyini vurğulayıb.

Sançes bildirib ki, ifrat sağçı qüvvələr "beynəlxalq səviyyədə təşkilatlanır". O, hesab edir ki, bunlara qarşı durmaq üçün solçu siyasətçilər və fəallar öz hərəkətlərini dünya miqyasında əlaqələndirməlidirlər.

Sançesin açıqlamaları ispandilli və Latın Amerikası ölkələrinin digər liderlərinin Amerika əleyhinə açıqlamaları ilə eyni vaxta təsadüf edib. Xüsusilə, Kolumbiya prezidenti Latın Amerikasında Amerika əleyhinə üsyanın baş vermə ehtimalı barədə xəbərdarlıq edib.

Elvin

Ölkə.az

Избранный
35
1
olke.az

2Источники