RU

Bakının qışda palçığa, yayda toza çevrilən yolu

Qışda palçığa, yayda isə toza çevrilən yol sakinlərin narazılığına səbəb olub. Söhbət Bakının Nərimanov rayonu ərazisində yerləşən Rövşən Əliyev küçəsindəki yoldan gedir.

Publika.az AzTV-yə istinadən bildirir ki, sakinlərin sözlərinə görə, yolun vəziyyəti son dərəcə bərbaddır. Yağışlı havalarda küçə palçıq içində qalır, avtomobillər isə palçığa bataraq hərəkətdə çətinlik çəkir.

Onlar bildirirlər ki, artıq bir ildən çoxdur ərazi qazılıb və bu vəziyyətdə qalıb. Yağış yağanda sakinlər evlərinə getmək üçün palçığın içindən keçməli olurlar. Sürücülər isə tez-tez avtomobillərinin sıradan çıxdığını deyirlər.

Uzun müddətdir təmirə bağlanan yol nəqliyyatın hərəkətində də ciddi maneələr yaradır. Sakinləri narahat edən əsas sual isə yolun nə vaxt təmir olunaraq yenidən istifadəyə veriləcəyidir.

Məlumata görə, kommunal xətlərin yenilənməsi məqsədilə qazılan quyu Rövşən Əliyev küçəsi ilə Heydər Əliyev prospektini birləşdirən yolu tamamilə bağlayıb.

Избранный
17
publika.az

1Источники