RU

''Razılaşmadan imtina olunsa, İranı asanlıqla məhv edəcəyik'' - TRAMP

ABŞ razılaşma bağlamaqdan imtina ediləcəyi təqdirdə, İrandakı hər bir körpünü və elektrik stansiyasını məhv edəcək.


Manset.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

Onun iddialarına görə, Tehran iki həftəlik atəşkəs razılaşmasını ciddi şəkildə pozub:

"İran dünən Hörmüz boğazında atəş açmaq qərarına gəlib, bu, atəşkəs razılaşmasının tamamilə pozulmasıdır! Zərbələrin çoxu Fransa gəmisi və Böyük Britaniyadan olan yük gəmisi istiqamətinə yönəlib".

Trampın sözlərinə görə, onun nümayəndələri artıq İslamabada yola düşüblər və danışıqlar aparmaq üçün sabah axşam ora çatacaqlar.

O həmçinin İranın Hörmüz boğazını bağlamaq qərarını qəribə adlandırıb, çünki boğaz artıq ABŞ Silahlı Qüvvələri tərəfindən bloklanıb:

"Özləri də bilmədən bizə kömək edirlər və bağlı keçidə görə gündə 500 milyon dollar itirən də məhz onlardır! Birləşmiş Ştatlar heç nə itirmir... Əslində, bir çox gəmilər yüklənmək üçün elə indi ABŞ-yə, Texas, Luiziana və Alyaskaya yola düşürlər".

Tramp iddia edib ki, Vaşinqton Tehrana çox ədalətli və ağlabatan bir razılaşma təklif edir və bundan imtina ediləcəyi təqdirdə, ciddi nəticələrin olacağı ilə hədələyir: "Onlar asanlıqla çökəcəklər və əgər razılaşmanı qəbul etməsələr, son 47 ildə digər prezidentlər tərəfindən İranla bağlı edilməli olanları etmək mənim üçün şərəf olacaq".


Избранный
3
4
manset.az

5Источники