RU

Tramp İranı hədələdi: "Razılaşmanı qəbul etməsələr..."

ABŞ Prezidenti Donald Tramp rəsmi Tehranın onlara təklif olunan razılaşmanı qəbul etməyəcəyi təqdirdə İrandakı hər bir elektrik stansiyasını və körpünü vurub sıradan çıxaracağı ilə hədələyib.

Publika.az xəbər verir ki, dövlət başçısı bu barədə özünün "Truth Social" sosial media platformasında yazıb.

"İran dünən Hörmüz boğazında atəş açmaq qərarına gəldi - bu, bizim atəşkəs razılaşmamızın tamamilə pozulmasıdır!" - deyə D.Tramp qeyd edib.

O iddia edib ki, İran hərbçiləri Fransaya məxsus gəmiyə və Böyük Britaniyanın yük gəmisinə atəş açıblar.

"İran bu yaxınlarda boğazı bağladığını elan etdi. Bu isə qəribədir, çünki bizim tətbiq etdiyimiz blokada onsuz da oranı bağlayıb. Onlar fərqində olmadan bizə kömək edirlər", - deyə Tramp bildirib.

Избранный
1
3
publika.az

4Источники