Pakistanın paytaxtı İslamabad yaxın günlərdə mühüm diplomatik prosesə ev sahibliyi edə bilər.
Musavat.com xəbər verir ki, məlumata görə, ABŞ ilə İran arasında növbəti danışıqlar raundunun keçirilməsi ehtimalı fonunda şəhərdə intensiv hazırlıq işləri aparılır.
Diplomatik mənbələr bildirir ki, tərəflər arasında gərginliyin azaldılması və xüsusilə nüvə proqramı ətrafında fikir ayrılıqlarının müzakirəsi əsas gündəm maddələrindən biri olacaq. İslamabadın neytral platforma kimi seçilməsi isə regionda balanslı mövqeyi ilə izah edilir.
Hazırlıq çərçivəsində təhlükəsizlik tədbirləri gücləndirilib, yüksək səviyyəli nümayəndə heyətlərinin qəbuluna uyğun logistika və infrastruktur məsələləri nəzərdən keçirilir. Hələlik rəsmi təsdiq verilməsə də, prosesin yaxın günlərdə konkret mərhələyə keçəcəyi gözlənilir.
Şahanə Rəhimli
Musavat.com