RU

Danışıqlara hazırlıq: İslamabadda otellər boşaldılır Video

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

İslamabad şəhərində ABŞ–İran danışıqlarının ikinci mərhələsinə hazırlıq gedir. Sərt açıqlamalara baxmayaraq, danışıqların baş tutacağı gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” telekanalı məlumat yayıb.

“Paytaxtda təhlükəsizlik gücləndirilib. Bəzi böyük otellər (o cümlədən, Serena Hotel İslamabad) qonaqlardan otaqları boşaltmağı istəyib. ABŞ-a məxsus hərbi təyyarələr enəndən sonra hava limanı ilə “qırmızı zona” arasındakı yol bağlanıb.

Hakimiyyət nəqliyyata məhdudiyyət qoyub. Təxminən 20 min təhlükəsizlik əməkdaşı (polis, “Reyncers” və hərbçilər) cəlb olunacaq.

Danışıqların həftənin sonuna qədər İslamabadda keçirilməsi gözlənilir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp amerikalı nümayəndə heyətinin danışıqlar üçün İslamabada yollandıqlarını deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
19
axar.az

1Источники