RU

Şəhid Nurlan Əbilovun şəhadətinin 5-ci ildönümü anılıb

19 aprel 2026-cı il tarixində Masallı rayonunun Şərəfə ərazisində Vətən müharibəsi şəhidi Əbilov Nurlan Fərrux oğlunun şəhadətinin 5-ci ildönümü münasibətilə anım mərasimi keçirilmişdir.


Manset.az xəbər verir ki, mərasim çərçivəsində şəhidin məzarı ziyarət olunmuş, üzərinə gül dəstələri düzülmüş, onun əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.

Anım tədbirində Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisi, Vətən Müharibəsi iştirakçısı Sinan Abbaslı, sektorun məsləhətçisi, Vətən Müharibəsi iştirakçısı Tərlan Şahverdiyev, Masallı Rayon İcra Hakimiyyəti başçısının Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Vətən Müharibəsi iştirakçısı Kənan Qarayev, eləcə də  bələdiyyə sədri, din xadimləri, şəhid ailələrinin üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbir zamanı din xadimləri tərəfindən şəhidin ruhuna dualar oxunmuş, Vətən uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsi ehtiramla anılmışdır.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etmişlər.

Избранный
10
1
manset.az

2Источники