RU

Cəlilabadda yol qəzası oldu

BAKI, 19 aprel. TELEQRAF

Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsi bir nəfərin ölümü, iki azyaşlının isə xəsarət alması ilə nəticələnib.

Teleqraf-ın cənub bürosu xəbər verir ki, qəza Yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Astara istiqamətində hərəkətdə olan Kia markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolun kənarına aşıb.
Hadisə zamanı sürücünün həyat yoldaşı Əbdürrahmanova Qaratil aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan iki azyaşlı uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Избранный
25
18
teleqraf.com

10Источники