RU

Alimlər daşın içindən 35 milyon yaşı olan qeyri-adi hörümçək tapdılar

Alimlər təxminən 35 milyon il əvvəl kəhrəbanın içində qalaraq qorunub saxlanılmış yeni bir hörümçək növü kəşf ediblər. "Balticolasma wunderlichi" adlanan yeni növ, bu gün Avropada rast gəlinməyən nadir "Ortholasmatinae" qrupuna aiddir.

Publika.az xəbər verir ki, yeni tapıntı ilə bağlı tədqiqat "Acta Palaeontologica Polonica" (APP) jurnalında dərc edilib. Qeyri-adi qalıqlar iki kəhrəba daşının nümunəsində - Baltik və Rovnoda (müasir Şərqi Avropa ərazisi) tapılıb.

Tədqiqatçılar qeyd ediblər ki, əvvəllər bu hörümçəkkimilərin yalnız Şərqi Asiyada, eləcə də Şimali və Mərkəzi Amerikada yaşadığı düşünülürdü. Yeni kəşf göstərib ki, onların arealı Eosen dövründə xeyli geniş olub.

Избранный
22
publika.az

1Источники