Olimpiya çempionu Zelim Kotsoyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal görüşünə buraxılmayacaq.
Offsideplus.az xəbər verir ki, buna səbəb onun yarımfinalda niderlandlı Simeon Katarina ilə görüşün gedişində onun istifadə etdiyi fənd qadağan edilmiş sayılıb və Kotsoyev məğlub elan olunub.
O, birbaşa hansoku-make aldığı üçün gürcüstanlı İlia Sulamanidzeyə qarşı bürünc medal görüşünə də buraxılmayıb.