RU

Yanğınsöndürənlərdən maraqlı addım

Finlandiyanın yaşayış olmayan adası tamamilə yanıb.

Publika.az xəbər verir ki, bu barədə "Yle" məlumat yayıb.
Söhbət Tornionyoki çayındakı Likasaari adasından gedir. Ada otla tam şəkildə örtülübmüş. Likasaaridə başlayan dəhşətli yanğın ətraf ərazilərdə də güclü tüstüyə səbəb olub.

Məqalədə yazılıb: "Karunki kəndi yaxınlığında yerləşən və yaşayış olmayan Likasaari adası bazar günü səhərə qədər demək olar ki, tamamilə yanıb kül oldu. Yanğınsöndürmə xidməti yanğınları söndürməyə cəhd etməyib. Onlar yanğını müşahidə altında saxlayaraq otlaqların yanmasına imkan veriblər".

Qeyd edilib ki, xilasedicilər yanğının Tornionyoki çayındakı digər adalara və ya materikə yayılmamasını təmin etmək üçün monitorinqlər aparıblar.

Избранный
24
publika.az

1Источники