RU

Almaniya 2026 cı ildə ilkə imza atdı 3 ölkəyə məğlub oldu

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Almaniya Avropa İttifaqında (Aİ) sığınacaq axtaranların sayına görə ən çox müraciət edilən ölkə statusunu itirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Welt am Sonntag” qəzeti məlumat yayıb.

“2026-cı ilin birinci rübü üçün Aİ-nin yeni məlumatları əhəmiyyətli dərəcədə azalma göstərir: Almaniya artıq sığınacaq statistikasında liderlik etmir.

Belə ki, Almaniyada ilkin sığınacaq müraciətlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23% azalaraq 28.922-yə çatıb. Həmçinin 2015-ci ildən bəri ilk dəfə olaraq Avropada sığınacaq müraciətlərinin sayına görə Fransa, İspaniya və İtaliyadan sonra dördüncü yerdə qərarlaşıb”, – deyə nəşr yazıb.

Ekspertlərin fikrincə, qaçqın müraciətlərinin azalması Almaniyanın quru sərhədlərində sərhəd nəzarətinin sərtləşdirilməsi, hökumətin yeni miqrasiya siyasəti və Suriya və Ukraynadan qaçqın axınının azalması ilə əlaqədardır.

Bununla belə, qeyd olunur ki, Əfqanıstan vətəndaşları Almaniyada sığınacaq axtaranların ən böyük qrupu olaraq qalır və təqdim edilən bütün müraciətlərin təxminən 38%-ni təşkil edir.

Əliyar Xəlil

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
globalinfo.az

1Источники