RU

Lavrov və Fidan regional məsələləri müzakirə edib


Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanın dəvəti ilə Antalya Diplomatik Forumunun beşinci iclasında iştirak edib.
Yeniavaz.com 
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, forum çərçivəsində keçirilən ikitərəfli görüşdə tərəflər beynəlxalq və regional gündəliyin əsas məsələlərini ətraflı müzakirə ediblər. Müzakirələrdə xüsusilə Fars körfəzi və Yaxın Şərqdəki vəziyyət diqqət mərkəzində olub.
Tərəflər böhran vəziyyətlərinin həlli üçün effektiv mexanizmlərin hazırlanması istiqamətində daha konstruktiv əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı sadiqliklərini təsdiqləyiblər.
Görüş zamanı Rusiya-Türkiyə dialoqunun aktual siyasi məsələləri üzrə mövqelərin uzlaşdırılması aparılıb, həmçinin ticarət, iqtisadiyyat və enerji sahələrində əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib.
Избранный
28
50
yeniavaz.com

10Источники