RU

Bakı və İrəvan arasında sülh razılaşması... Hakan Fidan

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

“Türkiyə Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunması üçün aktiv şəkildə çalışır”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Nazir vurğulayıb ki, Ankaranın xarici siyasətinin əsas prioriteti bütün regionlarda sabitlik və sülhün təmin edilməsidir.

Onun sözlərinə görə, Türkiyə hansı bölgə üçün hansı yanaşmanı dəstəkləyirsə, digər bölgələrə münasibətdə də eyni prinsiplərdən çıxış edir və bu yanaşma inkişaf və rifahın əsasını təşkil edir.

Hakan Fidan həmçinin Azərbaycan və Ermənistan arasında aparılan danışıqlara da toxunaraq bildirib ki, bu prosesdə artıq ciddi irəliləyiş əldə olunub:

“Artıq Vaşinqtonda sülh müqaviləsi paraflanıb. Lakin yekun sənədin imzalanması üçün atılmalı olan daha bir-iki addım var.

Bu günə qədər görülən işlər onu göstərir ki, hər iki tərəf sülh axtarışında olduqca səmimidir və irəliyə doğru cəsarətli addımlar atmaqda, risk almaqda istəklidir”.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
31
globalinfo.az

10Источники